Bakıda yaşayış binasında yanğın, ölən var 

Bakıda yaşayış binasında yanğın, ölən var 

Hazırda oxunan: Bakıda yaşayış binasında yanğın, ölən var 

62477

Bakıda yaşayış binasında yanğın olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, Bakı şəhərinin Suraxanı rayonunda dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 28 kvadratmetr olan mənzildə ev əşyaları 5 kvadratmetr sahədə yanıb. 

Yanğın yerinin kəşfiyyatı zamanı 1967-ci il təvəllüdlü Dadaşov Mahir Ayaz oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Mənzil yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO