Sumqayıt olaylarının “baş qəhrəmanı” Eduard Qriqoryan indi hardadır? – Aslan İsmayılovdan ÖZƏL AÇIQLAMA

Sumqayıt olaylarının “baş qəhrəmanı” Eduard Qriqoryan indi hardadır? – Aslan İsmayılovdan ÖZƏL AÇIQLAMA

Hazırda oxunan: Sumqayıt olaylarının “baş qəhrəmanı” Eduard Qriqoryan indi hardadır? – Aslan İsmayılovdan ÖZƏL AÇIQLAMA

62309

Bu gün Sumqayıt hadisələrindən 34 il ötür.

Belə ki 1988-ci il fevralın 28-də baş vermiş bu hadisələr erməni millətçilərinin Azərbaycana qarşı təşkil etdiyi və həyata keçirdiyi təxribatların növbəti tərkib hissəsi hesab olunur.

Sözügedən mövzuda hüquqşünas Aslan İsmayılov Bizim.Media ilə fikirlərini bölüşüb.

Qeyd edək ki, Sumqayıt olaylarının əsl üzünün ölkə və dünya ictimaiyyətinə tanıdılmasında Aslan İsmayılovun da mühüm xidmətləri olub.
 

MÖVZU İLƏ BAĞLI:

Sumqayıt hadisələrinin təşkilatçısı Qriqoryanla bağlı Baş Prokurorluqdan AÇIQLAMA


Olaylara münasibət bildirən hüquqşünas bəyan edib ki, həmin hadisə SSRİ-nin xüsusi xidmət orqanı tərəfindən təşkil olunub:

“Həmin vaxt mən məhkəmə sədri işləyirdim. Hamı azərbaycanlıların vəhşiliyindən danışırdı. Bunu edənlərin erməni olduğu isə heç yerdə getmirdi. Lakin işlə tanış olanda erməni adını gördüm və bu iş məni cəlb etdi. Həmin cinayət işi hakim Mənsur İbayevin sədrliyi ilə araşdırılırdı. Mən də həmin cinayət işində dövlət ittihamçısı kimi təmsil olunurdum. Həmin vaxt işə qərəzli baxıldı. Hadisələrin əsas təşkilatçısı olan Qriqoryana 12 il həbs cəzası verdilər. Sonra da Rusiyaya ekstradisiya edib azadlığa buraxdılar”. 

Aslan İsmayılov bu hadisələrlə bağlı ermənilərin saysız-hesabsız məqalələr yazdığını, lakin bizim dildə bu hadisələrlə bağlı məlumat çox az olduğunu da qeyd edib.

Hüquqşünas vurğulayıb ki, illərdir bu hadisələrin baş vermə təfərrüatlarını və səbəblərini ölkə və dünya ictimaiyyətinin bilməsi üçün KİV-də məlumat yaymaqla, kitab yazmaqla məşğul olub.

Aslan İsmayılov olayların törədilməsinin səbəblərini də izah edib:

“Artıq hamıya bəllidir ki, erməni millətçiləri Sumqayıta qədər həmin hadisələri Gəncə və Naxçıvanda törətmək istəyirdilər. Lakin yerli hakimiyyət orqanlarının səyləri nəticəsində buna müvəffəq ola bilmədilər. Sonda isə, Sumqayıtda istəklərinə çatdılar. 

Bu faciə kimə və nə üçün lazım idi? Artıq 1985-ci ildən başlayan və Sumqayıtda yekunlaşan bu iş erməni diasporuna ona görə lazım idi ki, bütün dünyaya Azərbaycan xalqını vəhşi bir millət kimi tanıtsınlar. Və buna nail olduqdan sonra, azərbaycanlılarla birlikdə yaşamağın mümkün olmadığı bəhanəsi və Dağlıq Qarabağ ermənilərinin qorunması adı ilə bütün dünyanın səssizliyindən istifadə edib, Dağlıq Qarabağı Azərbaycanın daxilindən çıxarıb Ermənistana birləşdirsinlər. Sonrakı hadisələr onların bu istəklərinə nail olduğunu göstərdi”.

Qeyd edək ki, 1988-ci il fevralın 28-də baş verən təxribatlara başçılıq edən Eduard Qriqoryan 2015-ci ildə axtarışa verilib. Amma onun haqqında hələ də səhih məlumat yoxdur. Bir qısım siyasətçilərin fikirincə onu Rusiya xüsusi xidmət orqanları şahid olmasın deyə, aradan götürüb.

Bəziləri isə Qriqoryanın başqa ad-familya altında Rusiyanın Sergiyev Posad şəhərində yaşadığını iddia edirlər. Hər halda uzun illərdən sonra Azərbaycanın üstünə atılan bu şər-böhtanın canlı şahidini tapmaq xüsusi marağımızda olmalıdır. Vətən müharibəsində qalib gəldiyimizdən sonra artıq bu cür məsələlərə də diqqət yetirməyin vaxtıdır.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO