Xəbər verdiyimiz kimi, Kiyevin mərkəzi küçəsi sayılan Lobonosov prospekti 4a-da rus qoşunları tərəfindən mülki binaya zərbə endirilib.
Bizim.Media-nın məlumatına görə, vurulan yaşayış binasının 17 və 18-ci mərtəbələrində yaralanan sakinlər binadan çıxarılmağa başlanılıb. Ölən və yaralananlar barədə hələki məlumat yoxdur.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ: Rus qoşunları Kiyevdə mülki binaya zərbə endirdi – FOTO/VİDEO
Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynada müharibəyə başlayıb. Həmin gün Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyət tətbiq edib.
Kiyevdə yaşayış binasının raketlə vurulma anının görüntülərini təqdim edirik:
Bizim.Media