Dumanlı hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Dumanlı hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Hazırda oxunan: Dumanlı hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

61981

Dumanlı hava şəraiti fevralın 26-sı səhərədək davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya bildirilib ki, Xidmətin fevralın 25-i saat 22:00-a olan məlumatına əsasən, Sumqayıt, Bakı, Pirallahı, Neft Daşları, Çilov adası, Göygöl, Naftalan, Şəmkir, Ağdam, Oğuz, Qəbələ, Şəki, Xaçmaz, Tərtər, Bərdə, Hacıqabul, Biləsuvar, Qax, Mingəçevir, Beyləqan, Yevlaxda duman müşahidə olunub.

Magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar görünüş məsafəsi 100-500 metrədək məhdudlaşıb.

Ölkə ərazisində dumanlı hava şəraiti sabah səhərədək davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO