Qurbanov feyr-pley jesti BARƏDƏ: “Əsl azərbaycanlı kimi qərar vermək istədim”

Qurbanov feyr-pley jesti BARƏDƏ: “Əsl azərbaycanlı kimi qərar vermək istədim”

Hazırda oxunan: Qurbanov feyr-pley jesti BARƏDƏ: “Əsl azərbaycanlı kimi qərar vermək istədim”

61808

"Əsl azərbaycanlı kimi qərar vermək istədim". 

Bizim.Media xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Fransa "Marsel"inə 0:3 (ilk oyun 1-3) hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda etdiyi feyr-pley jesti barədə danışarkən deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Qurban Qurbanov bu jesti ilə adını futbol tarixinə yazdı - VİDEO


50 yaşlı mütəxəssis bu qərarının hələ çox müzakirə olunacağını bildirib:

"Amma mən özüm bunu müzakirə etmək istəmirəm. Azarkeşlərin də məndən küsəcəyini düşünmürəm. Futbolçunu yanıma çağırdım və soruşdum ki, top əlinə dəydi, yoxsa özün əllə oynadın. O da özü əllə oynadığını bildirdi. Ədalətli qərar verməklə bağlı hansısa çətinliyim yoxdur. Öz üzərimə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışıram. Ədalətli olmağa çalışdım. Heç kimin haqqına girmək istəmirik. Bizə qarşı ədalətsizliklərə cavab vermək ağlıma gəlmirdi. Keçmişdəki hadisələr oyun vaxtı yaddan çıxır". 

Qeyd edək ki, matçın 35-ci dəqiqəsində İbrahima Vadjinin qolu ilə "Qarabağ" hesabı bərabərləşdirib.

Lakin rəqib futbolçular hakimə İ.Vadjinin əllə oynadığını bildiriblər. Baş məşqçisi Qurban Qurbanov məsələyə aydınlıq gətirmək üçün İbrahima Vadjini yanına çağırıb. O, futbolçudan əllə oynayıb oynamadığını soruşub. İ.Vadji əl ilə fərqləndiyini etiraf edib. Qurban Qurbanov ona bunu hakimə deməsini bildirib. Nəticədə qol qeydə alınmayıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO