“50 minə qədər dövlət rüsumu vətəndaşın necə xeyrinə ola bilər?” – Hüquqşünasdan sərt REAKSİYA

“50 minə qədər dövlət rüsumu vətəndaşın necə xeyrinə ola bilər?” – Hüquqşünasdan sərt REAKSİYA

Hazırda oxunan: “50 minə qədər dövlət rüsumu vətəndaşın necə xeyrinə ola bilər?” – Hüquqşünasdan sərt REAKSİYA

61686

Milli Məclisin sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli cərimələrin artırılmasının vətəndaşların xeyrinə olduğunu açıqlayıb:

“Cərimənin artımı əslində vətəndaşın həm də mənafeyinə xidmət edir. Cərimələrin məqsədi fiziki və hüquqi şəxsləri, o cümlədən vəzifəli şəxsləri inzibati pozuntulardan çəkindirməkdir. Bu cərimələr hadisəyə, pozuntuya qarşı yönəlir, fərdə qarşı yox. Cərimələrlə bağlı yaranmış diskussiya mühiti daha çox qanunun ruhunun və məqsədinin bəzən bilərəkdən, bəzən bilməyərəkdən təhrif olunması ilə bağlıdır”, -deyə Əli Hüseynli qeyd edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Vergi bəyannamələrinin yeni formaları təsdiqləndi


Əli Hüseynlinin bu açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb. Üstəlik inkişaf etmiş ölkələr üçün effektiv olan bu metodun Azərbaycanla müqayisəsi məqsədəuyğun hesab olunmayıb. 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Fariz Namazlı “Cərimələrin və rüsumların artırılması vətəndaşların necə xeyrinə ola bilər? Sadə vətəndaşların maaşı aşağı, rüsum və cərimələr isə qalxıb. Hansı mənafedən söhbət gedə bilər? Ümumiyyətlə, Əli Hüseynli mənafe deyəndə nəyi nəzərdə tutur? Çox güman ki, özlərinin maaşlarını düşünüb belə çıxış edirlər.

Deputatlar hər gün işdə olmurlar. İldə bir iki dəfə Milli Məclisə gedib, qanun qəbul edirlər.

Məzuniyyətə çıxanda belə üçqat maaş alırlar. Amma vətəndaş daha aşağı məzuniyyət pulu alır. İdənçıxarma müavinətləri ləğv olundu. Pensiya almaq qaydaları çətinləşir. Bir sözlə hər şey insanların güzəranının pisləşməsinə xidmət edir”.

Hüquqşünas hesab edir ki, sözügedən məsələdə Azərbaycanın Qərb ölkələri ilə müqayisəsi düzgün deyil:

“Qərb ölkələrinin maaşları ilə Azərbaycan əhalisinin maaşları eyni deyil. Azərbaycan onunla eyni səviyyədə olan ölkələrlə müqayisə olunmalıdır. Maaşdan başqa hər şey bahalaşırsa, bu, vətəndaşın xeyrinə ola bilməz.

Məsələn, əvvəllər məhkəməyə 10 manat rüsum ödənilirdisə, indi bu məbləğ 100 manatdır.. Məsələn ər-arvad əmlak bölgüsü ilə bağlı əvvəllər 40 manat rüsum ödəyirdi, indi isə əmlakın dəyərinə görə hesablanır və bu rüsum 400-500 manata qədər yüksəlir. Elə işlər var ki, orada rüsum daha çoxdur.

Maksimum 50 minə qədər dövlət rüsumu var. Yaxşı bu vətəndaşın necə xeyrinə ola bilər? Halbuki Avropa Məhkəməsinin bununla bağlı qərarı var ki, dövlət rüsumunun artırılması vətəndaşın məhkəməyə müraciət hüququnu pozur. Ümumiyyətlə dövlət rüsumlarının qaldırılması ilə bağlı konkret əsaslandırma və tutarlı arqument də yoxdur”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO