Sabah Azərbaycana qar yağacaq

Sabah Azərbaycana qar yağacaq

Hazırda oxunan: Sabah Azərbaycana qar yağacaq

61678

Azərbaycanda fevralın 25-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə duman, gündüz çiskin olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7°, gündüz 10-15° isti, Bakıda gecə 5-7°, gündüz 12-14° isti olacaq.

Atmosfer təzyiqi 766 millimetr civə sütunundan 758 millimetr civə sütununa enəcək. Nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, fevralın 25-də Abşeron yarımadasında sabit hava şəraiti fonunda meteoroloji amillərin əsasən zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz. Lakin gündüz bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Gecə və səhər saatlarında duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7°, gündüz 12-17° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 5-10° isti olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO