Narkotiki su sayğacında gizlədən şəxs saxlanıldı - VİDEO 

Narkotiki su sayğacında gizlədən şəxs saxlanıldı - VİDEO 

Hazırda oxunan: Narkotiki su sayğacında gizlədən şəxs saxlanıldı - VİDEO 

61632

Bakının Nizami rayonunda narkotik vasitələri satmaq məqsədi ilə su sayğacında gizlədən şəxs saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, paytaxtın Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı paytaxt sakini Orxan Məmmədov saxlanılıb. Baxış zamanı 3 kiloqram narkotik vasitə olan marixuana aşkar edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Prokuror Azərbaycana ən təhlükəli narkotik gətirən qadınlara cəza istədi


Aparılan araşdırmalar zamanı Orxan Məmmədovun Nizami rayonu ərazisində binalardan birinin girişində su sayğacının içərisində gizlətdiyi əlavə olaraq 60 qram narkotik vasitə də aşkar olunaraq götürülüb.

Saxlanılan şəxsin ətrafında aparılan tədbirlərlə müəyyən edilib ki, Orxan Məmmədov xarici ölkələrdə yaşayan narkotacirlərdən biri tərəfindənm narkotik vasitələrin satışını təşkil etmək üçün narkokuryerliyə cəlb edilib.

Faktla bağlı ilə cinayət işi başlanılıb və saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO