Azərbaycanlı deputatların İrəvana səfəri BAŞA ÇATDI  

Azərbaycanlı deputatların İrəvana səfəri BAŞA ÇATDI  

Hazırda oxunan: Azərbaycanlı deputatların İrəvana səfəri BAŞA ÇATDI  

61602

Avronest Parlament Assambleyası iclasında iştirak etmək üçün Ermənistanda olan Milli Məclisin deputatları Tahir Mirkişili və Soltan Məmmədovun İrəvana səfəri başa çatıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Tahir Mirkişili öz “Facebook” hesabında paylaşım edib. 

“Çətin və mürəkkəb bir səfər idi. Xeyli təhlükəsizlik və psixoloji məsələlər var idi. Amma bütün çətinliklərə baxmayaraq calışdıq ki, qalib ölkəmizi İrəvanda layiqincə, qalib formasında təmsil edək. Şəhidlərimizin müqəddəs qanı hesabına, Müzəffər Ali Baş Komandanımızın dəmir yumruğu, xalqımızın iradəsi və dəyanəti hesabında əldə etdiyimiz qələbəyə zərər gətirəcək hər hansı hərəkətə yol verməyək. Parlament diplomatiyası çərçivəsində nə bacardıqsa onu da etdik. Əminəm ki, bizdən sonra İrəvana səfər edənlər bizdən daha yaxşısını edəcəklər”. 
 

MÖVZU İLƏ BAĞLI:

Tahir Mirkişilidən ERMƏNİLƏRƏ: “Əgər revanşist fikirlərə düşsəniz...”


Deputat qeyd edib ki, Ermənistan cəmiyyətinin müxtəlif nümayəndələri ilə, restoranda xidmətçiləri, mühafizəçilər, deputatlar, spiker, baş nazir ilə müzakirələr aparmaq şansı olub:

“Etiraf etmək lazımdır ki, onlar üçün yeni reallıqları qəbul etmək çətindir. Amma onlar bu mərhələni aşmaq, Azərbaycan ilə sülh şəraitində yaşamaq, kommunikasiyaları açmaq, müharibənin bir də olmamasını istəyirlər. Düşünürəm ki, cəmiyyətin böyük bir hissəsi belə düşünür.

Digər tərəfdən, aqressiv olan, millətçilərdən ibarət bir kəsim də var ki, onlar azərbaycanlılarla ünsiyyət qurmağı belə qəbul etmirlər. Hesab edirəm ki, bu kəsimdə də həmişə olacaq. Biz bunu hər zaman nəzərə almalıyıq.

Reallıq bundan ibarətdir ki, biz regionun ən güclü və ən aparıcı ölkəsiyik. Bizim Prezidentimiz dünya şöhrətli, güclü və ağıllı bir siyasətçidir. Dövlətimiz çox güclüdür. Cəmiyyətimiz kifayət qədər həmrəydir.

Bütün bu üstünlüklərdən istifadə edərək, biz Ermənistanla sülh şəraitində yaşamağa cəhd edirik, və bunu onlar da doğru olaraq anlayırlar və pozitiv mesaj kimi qəbul edirlər. Bizim səfərimiz də bu fikrin onlarda, yəni sağlam kəsimdə formalaşmasında müsbət rol oynadı.

Amma eyni zamanda, revanşist, millətçi qüvvələrə qarşı sərt cavab verməyə də həmişə hazır olmalıyıq, bizim güclü dövlət olaraq sərt cavabımız həm də Ermənistandakı sağlam qüvvələrin ümidinə çevriləcəkdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO