2 gimnastımız Budapeştdə çempion oldu - FOTO

2 gimnastımız Budapeştdə çempion oldu - FOTO

Hazırda oxunan: 2 gimnastımız Budapeştdə çempion oldu - FOTO

61280

Fevralın 19-dan 21-dək Macarıstanın paytaxtı Budapeştdə bədii gimnastika üzrə ənənəvi “Gracia Fair Cup” beynəlxalq turniri keçirilib.

Bizim.Media xəbər verir ki, yarışda ölkəmizi fərdi və qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri təmsil ediblər.

Fərdi növdə böyüklər arasında İlona Zeynalova, gənclər arasında Gövhər İbrahimova çoxnövçülük proqramında uğurla çıxış edərək qızıl medallar qazanıb.

Yarışda Nigar Xankişiyeva, Nərgiz Ramazanova, Zəhra Paşazadə, Fidan Yusifzadə, Səkinə İbrahimbəylidən ibarət qrup hərəkətləri üzrə yığma komandanın ikinci heyəti proqramını uğurla nümayiş etdirib. Onlar rəmzi medal, kubok və sertifikatla mükafatlandırılıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO