Giorgi Qaxariya: ''Azərbaycan və Ermənistanla münasibətdə tərəfsizik''

Giorgi Qaxariya: ''Azərbaycan və Ermənistanla münasibətdə tərəfsizik''

Hazırda oxunan: Giorgi Qaxariya: ''Azərbaycan və Ermənistanla münasibətdə tərəfsizik''

6127

"Regionda münaqişə ilə əlaqədar mürəkkəb vəziyyətə baxmayaraq, Gürcüstan neytral mövqe tutdu və bu da mehriban qonşuluq münasibətlərinin qorunub saxlanılmasına imkan verdi".

Bizim.Media xəbər verir ki, bunu Gürcüstanın Baş naziri Giorgi Qaxariya parlamentdə çıxışı zamanı deyib.

O bildirib ki, Gürcüstan Azərbaycan və Ermənistanla münasibətdə tərəfsiz mövqedə olacaq və qonşuluq əlaqələrini davam etdirəcək.

“Regiondakı vəziyyət haqqında danışarkən və qiymətləndirərkən çox diqqətli olmaq lazımdır. Təəssüf ki, baş verənlərin yekun nəticələri heç kimə aydın deyil. Bu dəyişikliklərin konturlarını görməyimiz və Gürcüstanın bu dəyişikliklərlə əlaqəli mövqe tutması üçün vaxt lazımdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO