“Erməni dilinin öyrədilməsi dövlət siyasətinə çevrilməlidir” – Qafar Çaxmaqlı

“Erməni dilinin öyrədilməsi dövlət siyasətinə çevrilməlidir” – Qafar Çaxmaqlı

Hazırda oxunan: “Erməni dilinin öyrədilməsi dövlət siyasətinə çevrilməlidir” – Qafar Çaxmaqlı

61263

“Ermənistanda Azərbaycan və türk dillərinin məktəblərdə icbari tədrisi layihə dövlət proqamına daxil edilib. Lakin bu hələ o demək deyil ki, türk və Azərbycan dili tədris prosesinə daxil ediləcək. Sirr deyilki, dilimizlə bağlı Ermənistanın bəlli məqsədləri var. Əsas səbəb isə, Azərbaycan və Türkiyəyə qarşı ideoloji müharibədə mütəxəssis hazırlamaqdır”. 

Bu fikirləri Bizim.Media-ya müsahibəsində ermənişünas alim Qafar Çaxmaqlı bildirib. 

Belə ki, Ermənistanda Azərbaycan və türk dillərinin icbari tədirisi mövzusuna toxunan alimin fikrincə:

“Ermənistanda dilimizi bilən mütəxəssislərin sayı həddən artıq çoxdur. Lakin icbari təhsildə Azərbaycan və türk dillərinin tədirisinin nə qədər real olduğunu söyləmək çətindir. Ermənistan cəmiyyəti hələlik bunu qəbul etmir. Xüsusilə də, onlara Azərbaycanın vurduğu dağıdıcı zərbədən sonra. Amma Azərbaycan və türk dilinin öyrədilməsinin Ermənistanın dövlət siyasətində prioritetlərdən olması şübhəsizdir”.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlı deputatlar İrəvana gəldilər


Qafar Çaxmaqlı Ermənistanın bu addımı atmaqla Azərbayan və Türkiyəyə qarşı önəmli bir silahı işə salmaq istədiyini də vurğulayıb:

“Dilimizi öyrənməklə kəşfiyyat, diplomatik və digər sferalarda üstünlük əldə etməyə çalışacaqlar. Biz analoji addımları ata bilərikmi? Yox. Deyərdim ki, biz tədrisdə dünya dillərini öyrətməklə kifayətlənə bilərik. Erməni dilinin bəlli çevrələrdə - mərkəzlərdə, kurslarda, universitetlərdə öyrədilməsi mümkündür. Bu da mütəxəssis hazırlığı ilə bağlıdır və bu bəzi universitetlərimizdə var”.

Alim Azərbaycanda erməni dilinin öyrənilməsinə diqqətin artırılmasının vacibliyi məsələsinə də toxunub: 

“Amma mütəxəssislərin hansı səviyyədə öyrədilməsi digər mövzudur. Lakin ümumilikdə erməni dilinin öyrənilməsi səviyyəsindən razı qalmaq olmaz. Bununla kifayətlənmək olmaz. Düşünrəm ki, bu istiqamətdə kafedralar yaradılmalıdır. Dilin öyrənilməsi dövlətin bir siyasətinə çevrilməlidir”. 

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO