Ukrayna növbəti MDB razılaşmasını tərk edir

Ukrayna növbəti MDB razılaşmasını tərk edir

Hazırda oxunan: Ukrayna növbəti MDB razılaşmasını tərk edir

6126

Ukrayna Nazirlər Kabineti ölkənin daha bir MDB razılaşmasından çıxmağını dəstəkləyib.

Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, Ukraynanın Nazirlər Kabineti ölkənin daha bir MDB razılaşmasından çıxmağını təsdiqləyib.

Belə ki, Ukrayna MDB-yə üzv dövlətlərin “istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı əməkdaşlıq” haqqında razılaşmasından çıxmaq istəyir.

Nazirlər Kabineti MDB razılaşmasından çıxmaq haqqında qanun layihəsini baxılması üçün Ali Radaya göndərməyi qərara alıb.

Qeyd edək ki, 2019-cu ilin 1 aprel tarixindən rəsmi Kiyev Moskva və MDB ilə özündə dostluq, əməkdaşlıq və tərəfdaşlığı ehtiva edən bəzi razılaşmaları birtərəfli qaydada ləğv etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO