Azərbaycanlı nazir:

Azərbaycanlı nazir: "Azərbaycan etibarlı enerji təchizatçısına çevrilib" - FOTO

Hazırda oxunan: Azərbaycanlı nazir: "Azərbaycan etibarlı enerji təchizatçısına çevrilib" - FOTO

61180

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Qətərin paytaxtı Doha şəhərində keçirilən Qaz İxrac Edən Ölkələr Forumu (Gas Exporting Countries Forum-GECF) Nazirlərinin iclasında iştirak edib. 

Bizim.Media xəbər verir ki, nazir qlobal qaz sektorundakı mövcud qeyri-sabitliyi şərtləndirən faktorlardan bəhs edib. 

Bir enerji növünün hakim olacağı dünyanın qeyri-sabit olmaqla bərabər qeyri-real olduğunu, yalnız ekoloji təhlükəsizliyə fokuslanaraq, sərt şəkildə təbii qazdan imtinanın enerji təhlükəsizliyi üçün risklər yaratdığını qeyd edib. 

Bildirilib ki, iqlim dəyişikliyinə qarşı mübarizə vacibdir, lakin enerji daşıyıcılarının dəyəri və təchizatının təhlükəsizliyi də zəruridir. Kotirovkaların volatilliyinə baxmayaraq təbii qaz etibarlı elektrik enerjisi istehsalı, eləcə də enerji sistemlərinin balanslaşdırılması üçün münasib mənbə kimi qalmaqda davam edəcək. 

Yeni reallıqlar şəraitində Azərbaycanın həm bölgədə, həm də Avropa qitəsində etibarlı enerji təchizatçısına çevrilməsində Cənub Qaz Dəhlizinin roluna da toxunulub: 

“Həm enerji təhlükəsizliyi, həm də ekoloji təhlükəsizlik tələblərini nəzərə alan Cənub Qaz Dəhlizi hazırda daha çox ölkələrin enerji təchizatında perspektiv prioritetlərdən biri kimi qəbul edilir və onun inkişafına böyük maraq ifadə edilir. Hazırda gündəlik qaz ixracımızın ən çoxu Avropa bazarının payına düşür. Avropalı istehlakçılar gündəlik 27 milyon kubmetrə yaxın Azərbaycan qazı ilə təchiz olunur. İstismara veriləndən indiyə kimi TANAP-la Türkiyəyə 14,8 milyard kubmetr, Avropaya isə TAP ilə 9,4 milyard kubmetr qaz ixrac edilib”. 

Həmçinin, Azərbaycanın özünü və tərəfdaşlarını uzun müddət təbii qazla təmin etməsi üçün malik olduğu zəngin potensial barədə də məlumat verilib.  

Qeyd edək ki, 22 fevral tarixində Qaz İxrac edən Ölkələr Forumunun (GECF) dövlət və hökumət başçılarının VI Sammiti  keçiriləcək. 
Xatırladaq ki, Azərbaycan 2015-ci ildən Qaz İxrac Edən Ölkələr Forumunda müşahidəçi statusunda iştirak edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO