Robert Köçəryanın və Serj Sarqsyanın Bakıda axtarışa verilməsinə İrəvandan REAKSİYA

Robert Köçəryanın və Serj Sarqsyanın Bakıda axtarışa verilməsinə İrəvandan REAKSİYA

Hazırda oxunan: Robert Köçəryanın və Serj Sarqsyanın Bakıda axtarışa verilməsinə İrəvandan REAKSİYA

0:00
0:00
61141

Xəbər verdiyimiz kimi, Azərbaycan Ermənistanın sabiq prezidentləri – Koçəryan Robert Sedrakoviçi və Sarqsyan Serj Azatoviçi Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb edib və axtarışa verib. Bu informasiyanı Trend-ə açıqlamasında Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin rəisi, baş ədliyyə müşaviri Emil Tağıyev təsdiq edib.

Bizim.Media xəbər verir ki, Ermənistanın ikinci prezidentinin oğlu Levon Köçəryan öz Telegram kanalında bu mövzuya münasibət bildirib.

“Belə çıxır ki, bu şəxslər Azərbaycan rəsmiləri, həm də Nikol Paşinyan tərəfindən paralel olaraq təqib olunur. Mən başa düşə bilmirəm ki, onlar niyə sadəcə olaraq Ermənistan prokurorluğuna müraciət etmirlər”, deyə o, qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Sabiq erməni nazir Köçəryanın aldığı 3 milyon dollar rüşvətə görə dindirildi


Levon Köçəryan əminliklə bildirib ki, Ermənistanın iki prokuroru - Gevorq Bağdasaryan və Petros Petrosyan öz rəhbərləri ilə birlikdə məhkəmədə bu ittihamı böyük məmnuniyyətlə müdafiə edəcəklər:

“Hakim xanım Anna Danibekyan da şübhəsiz ki, heç bir problem görməyəcək”, - deyə o yazıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO