Rusiyanın Azərbaycana investisiyalarının həcmi AÇIQLANDI 

Rusiyanın Azərbaycana investisiyalarının həcmi AÇIQLANDI 

Hazırda oxunan: Rusiyanın Azərbaycana investisiyalarının həcmi AÇIQLANDI 

61103

Rusiyanın Azərbaycana investisiyalarının ümumi həcmi 6,3 milyard dollar təşkil edib. Bu məbləğin 5 milyard dolları neft, 1,3 milyard dolları qeyri-neft sektoruna qoyulub. 

Bizim.Media-nın məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Bakıda "Azərbaycan-Udmurtiya" biznes forumu zamanı deyib.

"Rusiya iqtisadiyyatına Azərbaycanın qoyduğu investisiyalar isə 1,2 milyard dolları üstələyib və bu investisiyalar əsasən qeyri-neft sektoruna qoyulub. 2021-ci ildə ikitərəfli ticarət dövriyyəsi üç milyard dollar təşkil edib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycana 8 layihə çərçivəsində 34 milyon avro YATIRIM


Bunun 2,1 milyard dolları idxalın, 920 milyon dolları ixracın payına düşüb. Ötən il Azərbaycanın ümumi ticarət dövriyyəsində Rusiyanın payı 9 faiz təşkil edib", - deyə nazir müavini bildirib.

O qeyd edib ki, 2021-ci ildə Azərbaycanın ticarət dövriyyəsi 2020-ci illə müqayisədə 12 faiz artıb. Eyni zamanda, 14 Rusiya şirkəti Qarabağda bərpa işlərində iştirak etmək üçün müraciət edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO