“Putin quyruq bulamır” - Rusiya prezidentinə eyni tərif yağdırıldı

“Putin quyruq bulamır” - Rusiya prezidentinə eyni tərif yağdırıldı

Hazırda oxunan: “Putin quyruq bulamır” - Rusiya prezidentinə eyni tərif yağdırıldı

6110

Türkiyə Avrasiya Hökumətlər Assosiasiyanın (AHA) rəhbəri Hasan Cengiz  Rusiya prezidentini tərifləyib.

Bizim.Media xəbər verir ki, “Lenta.ru”nun Türkiyə müxbiri ilə söhbətdə Hasan Cengiz bildirib ki, bəzən Putinin Türkiyə ilə baxışları fərqlənsə də, Rusiya lideri sözünün üstündə duran adamdır.

“Putin əsl kişidir və o quyruq bulamır. Əgər o nəyinsə ölkəsi üçün faydalı olduğunu bilirsə, bu işin dalınca axıra kimi gedir”,- deyə o qeyd edib.

Bunun yaxşı xüsusiyyət olduğunu deyən AHA-nın rəhbəri əlavə edib ki, belə olan halda tərəfdaşları da Kremldən hansı siyasi gedişlərin olacağını daha tez və asan öyrənir.

Qeyd edək ki, Rusiya lideri son mətbuat konfransında Türkiyəli həmkarı Ərdoğan haqqında eyni fikirləri səsləndirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO