Ana və uşaqlarının qətlinə səbəb polis səhlənkarlığı olub? – DİN-dən RƏSMİ CAVAB

Ana və uşaqlarının qətlinə səbəb polis səhlənkarlığı olub? – DİN-dən RƏSMİ CAVAB

Hazırda oxunan: Ana və uşaqlarının qətlinə səbəb polis səhlənkarlığı olub? – DİN-dən RƏSMİ CAVAB

61095

“Törədilən bütün qətl hadisələri ilə bağlı prokurorluq orqanlarında aparılan istintaqla bərabər, eyni zamanda, Daxili İşlər Nazirliyində də xidməti yoxlamalar aparılır. Dünənki ağır faciəvi cinayətlə əlaqədar artıq hadisəni törətməkdə şübhəli bilinən Əhəd Əliyev müəyyən edilərək saxlanılıb.

Bunu DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib. Qurum rəsmisinin sözlərinə görə, artıq məsələ ilə bağlı xidməti yoxlama başlanılıb:
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda ana və uşaqlarının öldürülməsi ilə bağlı – RƏSMİ AÇIQLAMA


“Bu hadisə ilə bağlı başlanan cinayət işi üzrə prokurorluqda istintaq aparılır. Həmçinin, Daxili İşlər Nazirliyində də bu qətl hadisəsi ilə bağlı xidməti yoxlama aparılır. Xidməti yoxlama zamanı polis əməkdaşlarının hər hansı fəaliyyətsizliyi, yaxud səhlənkarlığı ilə əlaqəli hansısa məqam üzə çıxarsa, dərhal müvafiq qaydada tədbir görüləcək.

Sosial şəbəkələrdə yayılan iddialar hələ ki, təsdiqini tapmayıb. Bir nüansı nəzərə almaq lazımdır ki, cinayəti törədən mərhumların yaxın qohumudur, daim gediş-gəlişi olan, ailənin bir üzvü kimi yaxın olan bir şəxsdir”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO