Koronavirus Hindistanın hava limanında xaos yaratdı

Koronavirus Hindistanın hava limanında xaos yaratdı

Hazırda oxunan: Koronavirus Hindistanın hava limanında xaos yaratdı

6107

Koronavirusa qarşı tədbirlər Hindistanın hava limanında problemə yol açıb.

Bizim.Media “Reuters”ə istinadla xəbər verir ki, sərnişin çoxluğu  uzun növbələrə və narazılığa səbəb olub.

Qeyd edilib ki, bir çox ölkə kimi Hindistan da İngiltərədən gələn sərnişinlərə qarşı ehtiyat tədbirləri görüb.

Lakin bu tədbirlər düzgün koordinasiya edilmədiyindən xaos yaradıb.

Agentliyin reportajında vurğulanıb ki, yüzlərlə sərnişin hava limanında əsir vəziyyətində qalıb. Hətta onlardan telefonları da alınıb.  Vəziyyətin daha da pisləşəcəyi qeyd olunub.

Qadağalardan əvvəl İngiltərədən döndüyünü söyləyən Kamini Saravast da durumdan narahatlığını ifadə edib:

“Gecə yarısı test edilmişəm. Buna baxmayaraq, 9 saatdır gözləyirəm və hava limanından çıxa bilmirəm”, - deyə o söyləyib.

Vüqar Ağamalıoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO