Türkiyə yeni qırıcı təyyarəsini nümayiş etdirdi – F-16-ları ƏVƏZ EDƏCƏK

Türkiyə yeni qırıcı təyyarəsini nümayiş etdirdi – F-16-ları ƏVƏZ EDƏCƏK

Hazırda oxunan: Türkiyə yeni qırıcı təyyarəsini nümayiş etdirdi – F-16-ları ƏVƏZ EDƏCƏK

61014

Türkiyənin beşinci nəsil qırıcı təyyarəsinin (TF-X) yaxın üç ildə ilk uçuşunu həyata keçirəcəyi gözlənilir. 

Bizim.Media “Eurasian Times” nəşrinə istinadən xəbər verir ki, Türkiyənin dövlət aerokosmik şirkəti Sinqapur Hava Sərgisində TF-X döyüş təyyarəsinin real ölçüdə maketini nümayiş etdirib.

Fevralın 15-dən fevralın 18-dək təyyarə modeli Changi Sərgi Mərkəzində olub. TF-X  “Lockheed Martin” şirkətinin istehsal etdiyi “F-35 Lightning II”yə bənzəyən beşinci nəsil qırıcıdır.

Təyyarələr 2030-cu ilə qədər Türkiyə Hərbi Hava Qüvvələrində xidmətdə olan F-16 qırıcılarını əvəz etməlidir.

TF-X, əsasən “hava-hava” missiyaları üçün nəzərdə tutulan ikimühərrikli çoxməqsədli qırıcıdır, lakin o, həm də yer hədəflərini vurmaq üçün istifadə edilə bilər.

Türkiyə Dövlət Aerokosmik Şirkəti bildirir ki, TF-X proqramı çərçivəsində bütün kritik funksiyalar təmin edildikdən sonra Türkiyə belə texnologiyanın mövcud olduğu azsaylı ölkələrdən birinə çevriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO