Zərdabda polis əməliyyatı – Bir nəfər saxlanıldı – FOTO

Zərdabda polis əməliyyatı – Bir nəfər saxlanıldı – FOTO

Hazırda oxunan: Zərdabda polis əməliyyatı – Bir nəfər saxlanıldı – FOTO

60991

Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Zərdab RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağcabədi rayon sakini Aqil İmranov saxlanılıb.

MÖVZU İLƏ BAĞLI:

Zərdabda ana və iki övladı yanaraq öldü - YENİLƏNİB / VİDEO


Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan marixuana aşkar edilib.

A.İmranovun narkotiki satdığı şəxslər də müəyyən olunub və həmin şəxslərdən də marixuana götürülüb.

Faktla bağlı Zərdab RPŞ-də araşdırmalar davam etdirilir və F.İmranov barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO