Türkiyəli jurnalist Can Dündar haqqında siyasi və hərbi casusluq maddəsi ilə 18 il 9 ay, silahlı terror təşkilatına kömək maddəsi ilə isə 8 il 9 ay həbs qərarı verilib.
Bizim.Media xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.
Xatırladaq ki, 29 may 2015-ci il tarixində Can Dündarın baş redaktoru olduğu “Cümhuriyyet” qəzetində öz imzası ilə yayımlanan Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) tırlarında silah daşındığı iddia olunan xəbəri böyük əks-səda vermiş və jurnalist casusluq və dövlətin gizli sənədlərini əldə edib yayımlamaqda ittiham olunmuşdu.
O, məxfi saxlanılması lazım olan məlumatları və fotoları ictimailəşdirdiyinə görə 5 il 10 ay həbs cəzasına məhkum edilmişdi.
Daha sonra hökm Ali Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilsə də, verilən 15 günlük müddətdə məhkəməyə gəlmədiyi üçün Can Dündar haqqında qaçaq sayılması qərarı verilmişdi.
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:45 / 23.12.2020
Can Dündara 27 il 6 ay həbs cəzası verildi
Hazırda oxunan: Can Dündara 27 il 6 ay həbs cəzası verildi
Hazırda oxunan: Can Dündara 27 il 6 ay həbs cəzası verildi
6078
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.