Azərbaycan banklarının ümumi kapitalı artdı - MƏBLƏĞ

Azərbaycan banklarının ümumi kapitalı artdı - MƏBLƏĞ

Hazırda oxunan: Azərbaycan banklarının ümumi kapitalı artdı - MƏBLƏĞ

0:00
0:00
60754

2021-ci ilin sonunda Azərbaycan banklarının ümumi kapitalı 2020-ci illə müqayisədə 20 faizdən çox artaraq 18,5 milyard manata çatıb. 

Bizim.Media-nın məlumatına görə, bunu Azərbaycan Banklar Assosiasiyasının baş iqtisadçısı Əzizağa Haqverdiyev "Post-pandemiya dövründə iqtisadi artımın sabitləşdirilməsində kiçik və orta sahibkarlığın innovativ fəaliyyəti" mövzusunda konfransda deyib. 

Onun sözlərinə görə, bankların depozit portfeli isə doqquz faiz artaraq 30 milyon manata çatıb. 

"Azərbaycan bankları ötən il müxtəlif sahələrə öz vəsaitlərinin 25 faizini investisiya qoyub. Bundan başqa, ölkədə kredit faizlərinin azaldılması üzrə proqram reallaşdırılır. Bu gün Azərbaycan bankları mənfəət cəlb etməkdən daha çox öz vəsaitlərinin dövriyyəsinin artmasında maraqlıdır. Banklarda həmçinin informasiya texnologiyaları da inkişaf edir ki, bu da əməliyyatların keçirilməsi zamanı riskləri azaltmağa imkan verəcək", - deyə o bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO