''Proqnozları qeyri-müəyyənlik şəraitində edirik'' - İqtisadiyyat naziri

''Proqnozları qeyri-müəyyənlik şəraitində edirik'' - İqtisadiyyat naziri

Hazırda oxunan: ''Proqnozları qeyri-müəyyənlik şəraitində edirik'' - İqtisadiyyat naziri

6075

“Beynəlxalq təşkilatların hesabatlarında Azərbaycan iqtisadiyyatı ilə bağlı artım proqnozlaşdırılır”.

Bizim.Media-nın məlumatına görə, bu barədə Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, beynəlxalq valyuta fondunun oktyabr ayında dərc edilən proqnozunda ölkə iqtisadiyyatının 2% həcmində artması proqnozlaşdırılıb:

''2021-ci illə bağlı proqnozları biz çox böyük qeyri-müəyyənlik şəraitində edirik. Biz bu proqnozları hazırlayarkən proqnozların dəqiqliyinə baxırıq. Amma bu şəraitdə də təqdim etdiyimiz proqnozların özünü doğruldacağına inanırıq''.

''İşğaldan azad olunmuş ərazilərə böyük qayıdışla bağlı konsepsiya İqtisadi Şurada müzakirə edilib. İşğaldan azad edilmiş ərazilərin bərpa edilməsi ilk olaraq tikinti sahəsinin buna cəlb edilməsi deməkdir''.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO