Ötən il Azərbaycanda fəaliyyət göstərən mikrosahibkarlıq subyektlərinin malların satışı, işlərin görülməsi və xidmətlərin göstərilməsindən əldə etdikləri gəlirlərin həcmi 1,3 mlrd. manat təşkil edib.
Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il mikrosahibkarların gəlirləri illik ifadədə 54,2% artıb.
Sözügedən gəlirlərin 83,3%-i topdansatış ticarət dövriyyəsinin payına düşüb. Hesabat ilində xarici mikrosahibkarların Azərbaycanda əldə etdikləri gəlirlərin həcmi 86,2 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 85,1% çoxdur.
Birgə (xarici və yerli) mülkiyyətli olan müəssisələr isə ötən il 15,3 mln. manat gəlir əldə edib. Bu, 2020-ci illə müqayisədə 20,1% çoxdur.
Xatırladaq ki, meyarlara əsasən, mikrosahibkarlıq subyekti işçilərinin sayı 10-dək, illik gəliri isə 200 min manatadək olan sahibkarlar sayılır.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:28 / 18.02.2022
Azərbaycanda mikrosahibkarların gəlirləri 54% artdı
Hazırda oxunan: Azərbaycanda mikrosahibkarların gəlirləri 54% artdı
Hazırda oxunan: Azərbaycanda mikrosahibkarların gəlirləri 54% artdı
60719
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.