Azərbaycanda dəniz nəqliyyatı ilə yükdaşımalar artdı

Azərbaycanda dəniz nəqliyyatı ilə yükdaşımalar artdı

Hazırda oxunan: Azərbaycanda dəniz nəqliyyatı ilə yükdaşımalar artdı

60689

Azərbaycanda dəniz nəqliyyatı ilə 2022-ci ilin yanvar ayında daşınmış yüklərin həcmi 445,6 min ton təşkil etmiş və ötən ilin yanvar ayına nisbətən 1,7% artıb. 

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, hesabat dövründə daşınmış yüklərin 42,7%-i neft yükləri təşkil edib. 

Məlumata görə, dəniz limanları tərəfindən 802,1 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 759,9 min tonunu və ya 94,7%-i tranzit yüklər təşkil etmişdir. 

“2022-ci il fevral ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 17,6 min ton olub”, - məlumatda deyilir. 

Qeyd olunur ki, dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2021-ci ilin yanvar ayına nisbətən 30,8% azalaraq 0,9 min nəfər olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO