UEFA Konfrans Liqası:

UEFA Konfrans Liqası: "Qarabağ" səfərdə "Marsel"lə uduzdu - VİDEO

Hazırda oxunan: UEFA Konfrans Liqası: "Qarabağ" səfərdə "Marsel"lə uduzdu - VİDEO

60670

"Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

Bizim.Media-nın məlumatına görə, Azərbaycan təmsilçisi tarixi matçda Fransa "Marsel"inin qonağı olub. "Velodrom" stadionunda oynanılmış qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

39-cu dəqiqədə Quqeşaşvilinin kobud səhvi künc zərbəsi ilə nəticələnib. Gürcüstanlı qapıçı hücumun davamında növbəti dəfə çıxışda səhvə yol verib. Fürsətdən maksimum yararlanan Milik 41-ci dəqiqədə hesabı açıb.

“Qarabağ” qolun şokundanm ayılmamış ikinci topu qapısında görüb. Cəmi 3 dəqiqə sonra polşalı hücumçu dublunu rəsmiləşdirib. Bu epizodda əvvəlcə Marko Veşoviç, ardınca isə Kevin Medinanın səhvləri həlledici rol oynayıb.

85-ci dəqiqədə “Qarabağ” buraxılan toplardan birinin əvəzini çıxıb. Andradenin istiqamətində iti ötürməsindən sonra Kadi Borges topu qapıdan keçirib.

Payet əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə Ağdam klubunu 3-cü dəfə meydanın mərkəzinə dəvət edib.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması fevralın 24-də Bakıda keçiriləcək.

Matçın icmalını təqdim  edirik:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO