Bakıda Qarabağ qazisinə qarşı dələduzluq edilib.
Bizim.Media xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini Famil Quliyev Binə qəsəbəsində 2 sot torpaq sahəsini Qarabağ qazisi Nazim Kazımova satacağına yalandan vəd verərək onun 5 min 670 manat pulunu alıb.
Daha sonra o, vədinə əməl etməyib.
Hadisə ilə bağlı N.Kazımov Suraxanı Rayon Polis İdarəsinə müraciət edib. F.Quliyev saxlanılıb və törətdiyi əməldən peşman olduğunu bildirib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:07 / 17.02.2022
Bakıda Qarabağ qazisinin 5 min 670 manat pulu mənimsənildi
Hazırda oxunan: Bakıda Qarabağ qazisinin 5 min 670 manat pulu mənimsənildi
Hazırda oxunan: Bakıda Qarabağ qazisinin 5 min 670 manat pulu mənimsənildi
60603
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.