Nazirlikdən TƏKZİB: “TIR

Nazirlikdən TƏKZİB: “TIR" sürücülərinin etirazına görə heç kim işdən çıxarılmayıb

Hazırda oxunan: Nazirlikdən TƏKZİB: “TIR" sürücülərinin etirazına görə heç kim işdən çıxarılmayıb

60568

Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevin Bakıda 4 yük maşınının yolu bağladığı hadisəyə görə xidmət rəisi Anar Rzayevə xəbərdarlıq etdiyi, qurumun daşımaların tənzimlənməsi şöbəsinin müdiri Malik Lətif oğlu Əliyevi isə vəzifəsindən uzaqlaşdırdığı barədə məlumat yayılmışdı.

Nazirliyin mətbuat katibi Pərvanə Əliyeva Bizim.Media-ya açıqlamasında yayılan xəbəri təkzib edib.

“Belə bir hadisə baş verməyib. Yanlış informasiyadır”, - deyə qurum rəsmisi əlavə edib.

Xatırladaq ki, bu gün səhər saatlarında 4 yük maşını Heydər Əliyev prospektində yolu bağlayıb. “R-Group” şirkətinin sürücüləri Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayevə və şöbə müdiri Malik Əliyevə etiraz ediblər.

TIR-ların yolu bağlı saxlaması nəticəsində nəqliyyatın hərəkətində bir müddət böyük tıxac yaranıb. Sonradan Dövlət Yol Polisi İdarəsinin əməkdaşları TIR-ları evakuator vasitəsi ilə yoldan çəkdikdən sonra nəqliyyatın hərəkəti bərpa edilib.


*** 12:56


Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda 4 yük maşınının Heydər Əliyev prospektində yolu bağlaması ilə bağlı təcili iclas keçirib. 

Bizim.Media Qaynarinfo-ya istinadən xəbər verir ki, iclasda nazirliyin yanında fəaliyyət gösətərən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev və bir sıra rəhbər şəxslər iştirak ediblər. 

Nazir baş verən hadisə ilə bağlı araşdırma qrupu yaradıb. 

Rəşad Nəbiyev baş verən hadisəyə görə xidmət rəisi Anar Rzayevə xəbərdarlıq edib, qurumun daşımaların tənzimlənməsi şöbəsinin müdiri Malik Lətif oğlu Əliyevi isə vəzifəsindən uzaqlaşdırıb. 

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO