Xankəndi minalardan təmizlənir

Xankəndi minalardan təmizlənir

Hazırda oxunan: Xankəndi minalardan təmizlənir

6048

Rusiya sülhməramlı qüvvələrinin mühəndis-istehkam bölmələri Xankəndinin şimal ətrafının minalardan təmizlənməsi prosesini başa çatdırır.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, əməliyyatlar zamanı 260 hektar ərazi, 100 kilometrə yaxın yol, 434 yaşayış binası minadan təmizlənib.

Bundan əlavə, 8.6 mindən çox partlayıcı maddə zərərsizləşdirilib.

Sülhməramlılar dağlıq ərazilərdə və hava şəraitinin pisləşməsi şəraitində minalardan təmizlənmənin yüksək sürətini təmin edən müasir robot texniki sistemlərdən istifadə edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO