Hərbi hissələrimizin döyüşə hazırolma vəziyyəti yoxlanıldı – FOTO-VİDEO

Hərbi hissələrimizin döyüşə hazırolma vəziyyəti yoxlanıldı – FOTO-VİDEO

Hazırda oxunan: Hərbi hissələrimizin döyüşə hazırolma vəziyyəti yoxlanıldı – FOTO-VİDEO

60476

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına əsasən Quru Qoşunlarının, o cümlədən Hərbi Dəniz Qüvvələrinin hərbi hissə və birləşmələrində bölmələrin döyüşə hazırolma vəziyyəti qəfil yoxlanılıb.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Yoxlamalar zamanı "Həyəcan" siqnalı ilə qaldırılaraq təyinat rayonuna çıxarılan tank bölmələrinin tapşırıqları dəqiqləşdirilib. Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları və hərbi gəmilərin heyətləri tərəfindən Xəzər dənizinin Azərbaycana məxsus sektorunda əməliyyat şəraiti, eləcə də strateji təyinatlı infrastrukturların mühafizəsi üzrə döyüş tapşırıqları barədə məruzələr dinlənilib.

Yoxlamaların keçirilməsində əsas məqsəd qoşun növü bölmələrinin qarşılıqlı əlaqədə döyüşə hazırolma vəziyyətinə gətirilmə vərdişlərinin, eləcə də komandir heyətinin yaranmış şəraitə uyğun vəziyyəti qiymətləndirmə və çevik qərar qəbuletmə bacarıqlarının təkmilləşdirilməsidir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO