ATV-də yayımlanan “Bizimləsən” verilişində ata oğlundan imtina edib.
Bizim.Media xəbər verir ki, qız qaçıran oğlu ilə bağlı efirə qoşulan atası Elşən canlı yayımda övladından imtina edib.
“Evlənib, Allah xoşbəxt eləsin. Bu yaşında o anasına baxmalıdır, anası ona yox. Etdiyi əməllərə görə qardaşı onu danışdırmır.
Evdən nə qədər oğurluq etmək olar? İndiyədək özünə bir cüt ayaqqabı da almayıb. Ona 100 min manata yaxın pul xərcləmişik. Oğurluq edib, bir neçə yeri yarıb gedib biz ödəniş etmişik. Elə anasından 30-40 min manat pul oğurlayıb. 23 yaşı var, uşaq deyil. İndiyədək saxlamışam, bundan sonra özü gedib yaşasın. Ondan qız qaçırdığına görə yox, etdiklərinə görə imtina edirəm. Demir ki, mən onu böyütməmişəm, onun üçün heç nə etməmişəm. Eybi yox, getsin, başını aşağı salıb yaşasın. Mən onun atası deyiləm”.
Qeyd edək ki, oğulun “öz sünnətimdə ağlamağım yadımdadır” sözləri sosial şəbəkələrdə trendə çevrilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:48 / 16.02.2022
Ata “sünnətimdə ağlamışam” deyən oğlundan canlı yayımda İMTİNA ETDİ – VİDEO
Hazırda oxunan: Ata “sünnətimdə ağlamışam” deyən oğlundan canlı yayımda İMTİNA ETDİ – VİDEO
Hazırda oxunan: Ata “sünnətimdə ağlamışam” deyən oğlundan canlı yayımda İMTİNA ETDİ – VİDEO
60420
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.