Metroya yeni güclü ventilyatorlar alınacaq - FOTO 

Metroya yeni güclü ventilyatorlar alınacaq - FOTO 

Hazırda oxunan: Metroya yeni güclü ventilyatorlar alınacaq - FOTO 

60379

2022-ci ildə Bakı metropolitenində daha 6 yeni güclü ventilyator alınaraq quraşdırılacaq. 

Bunu Bizim.Media-ya açıqlamasında Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin Elektromexaniki xidmətinin rəisi Nüsrət Abdullayev deyib. 

O bildirib ki, bununla əlaqədar Rusiyanın Artyomovsk şəhərindəki “Ventprom” maşınqayırma zavodu ilə müqavilə imzalanıb. 

"Ventilyasiya sisteminin səmərəli fəaliyyəti metropolitenin tunel və stansiyalarında sərnişin təhlükəsizliyi prinsiplərinin ən mühüm tərkib hissəsidir. Bu səbəbdən istismar müddətini başa vuran havalandırma qurğularının yenilənməsi və digərlərinin təkmilləşdirilməsi davamlı aparılan bir prosesdir. 

Son illərdə bu istiqamətdə mühüm addımlar atılaraq, metropolitendə ventilyasiya sisteminin, o cümlədən qurğu və avadanlıqların dövrün texnoloji tələbləri səviyyəsində müasirləşdirilməsinə xüsusi diqqət yetirilir. 2018-ci ildə ventilyatorların çalışmasının dövrü qrafikinin fəsillər prinsipi ilə tənzimlənməsi, sonrakı il 7, 2020-2021-ci illərdə isə 10 yeni sənaye ventilyatorunun tətbiqi bu mənada həlledici yeniliklərdəndir. 

“Bakı Metropoliteni” QSC-nin texniki tapşırıqları əsas götürülməklə, yerli tələbata uyğunluğa, ələlxüsus Azərbaycan paytaxtının iqlimi, metropolitenin geoloji, infrastruktur şəraiti və digər texniki məsələlərə diqqət yetirilməsi baxımından da “Ventprom”un məhsulları uyğunluğu ilə seçilir. 
Sifariş edilən ventilyatorlar təyinatına görə iki tiplidir. Qeyd edilən avadanlıqlardan daha güclü olan 4-ü “VOM 24-R” tipli olmaqla 75 kVt gücə malikdir.

Onlar tunellərin havalandırılması üçün nəzərdə tutulub. Daha 2 ventilyator 55 kVt gücə malik olmaqla “VOM 20” tiplidir. Onlar stansiya və onlara yaxın tunellərin havalandırılmasına xidmət edəcəklər", - xidmət rəisi bildirib. 

N.Abdullayev deyib ki, əvvəlki avadanlıqlarla müqayisədə yeni ventilyatorlar daha güclü və məhsuldar olmaqla, quraşdırılacağı stansiya və tunelləri 2-3 dəfə artıq təmiz hava kütləsi ilə təmin edəcək: 

"Onların idarə edilməsi də müasir dövrün tələblərinə uyğun olaraq, mərkəzləşmiş qaydada aparılacaq. Yeni ventilyatorlar Qırmızı xəttin “Qara Qarayev-Neftçilər”, “Əhmədli-Həzi Aslanov” mənzillərində, həmçinin Yaşıl xəttin “Cəfər Cabbarlı” və “Xətai” stansiyalarının aidiyyəti sahələrində quraşdırılacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO