Nazarbayevin qızı hələ də parlamentin iclaslarına gəlmir – SƏBƏBİ AÇIQLANDI

Nazarbayevin qızı hələ də parlamentin iclaslarına gəlmir – SƏBƏBİ AÇIQLANDI

Hazırda oxunan: Nazarbayevin qızı hələ də parlamentin iclaslarına gəlmir – SƏBƏBİ AÇIQLANDI

60367

Qazaxıstanın eks-prezidentinin böyük qızı, parlamentin (aşağı palata) deputatı Dariqa Nazarbayeva çərşənbə axşamı palatanın plenar iclasında yenə də iştirak etməyib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” nəşri yayıb.

Agentlik xatırladır ki, Nazarbayeva koronavirusa yoluxduqdan sonra reabilitasiya ilə əlaqədar yanvarın əvvəlindən palatanın iclaslarında iştirak etməyib.

"O, hazırda məzuniyyətdədir", - palatanın mətbuat xidmətindən RİA Novosti-yə bildiriblər.
Bundan əvvəl onun həmkarı, hakim Nur Otan partiyasından olan deputat Aydos Sarım Nazarbayevanın istefaya gedəcəyini bildirib. 

Jurnalistlərin eks-prezident Nursultan Nazarbayevin qızının niyə belə addım atdığı soruşulub.

“Qazaxıstanda baş verən yanvar hadisələri “onun familiyası ilə” bağlıdır. Cəmiyyətdə böyük inamsızlıq var”, deyə deputat cavab verib.
Xatırladaq ki, 30 ilə yaxın Qazaxıstana rəhbərlik edən Nazarbayev 2019-cu il martın 20-də prezident postundan istefa verib, lakin Təhlükəsizlik Şurasının sədri, hakimiyyətdə olan Nur Otan partiyasının lideri və Qazaxıstan Xalqları Assambleyasının rəhbəri postlarını qoruyub. 

2021-ci ilin aprelində Nazarbayev Assambleyanın sədri vəzifəsini tərk etmək və bu səlahiyyətləri respublikanın hazırkı rəhbərinə ötürmək qərarını açıqlayıb.

Nazarbayev yanvarın 5-də ölkədə kütləvi iğtişaşlar zamanı Təhlükəsizlik Şurasının sədri səlahiyyətlərini də Kasım-Jomart Tokayevə verib. “Nur Otan” partiyası yanvarın 28-də keçirilən növbədənkənar qurultayında namizədliyini eks-prezidentin təklif etdiyi Tokayevi sədr seçib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO