İlon Mask 5,7 milyard dollar məbləğində ianə etdi

İlon Mask 5,7 milyard dollar məbləğində ianə etdi

Hazırda oxunan: İlon Mask 5,7 milyard dollar məbləğində ianə etdi

60267

“Tesla” kompaniyasının Baş direktoru İlon Mask ötən il xeyriyyə məqsədilə 5,7 milyard dollar həcmində qiymətləndirilən səhm ianələri edib.

Bizim.Media “The Wall Street Journal” nəşrinə istinadla xəbər verir ki, bu barədə məlumat İlon Maskın ABŞ-ın Qiymətli Kağızlar və Birjalar Komissiyasına təqdim etdiyi hesabatda yer alıb. 

Hesabatda sahibkarın ianə etdiyi səhmləri kimlərə verdiyi barədə informasiya yoxdur. İlon Maskın özü də bu məlumatı şərh etməkdən boyun qaçırıb.

İanələr 2021-ci ilin son iki ayı ərzində “Tesla” kompaniyasının ümumi dəyəri 16 milyard dollardan çox qiymətləndirilən səhmlərinin satış seriyası zamanı edilib. Həmçinin kompaniyanın baş direktoru ötən il təxminən 22,9 milyon opsionu səhmlərə çevirib.

“Chronicle of Philanthropy” jurnalının məlumatına görə, ötən ilin yekunlarına əsasən, yalnız filantroplar Bill və Melinda Qeyts cütlüyü İlon Maskdan daha çox - 15 milyard dollar ianə verib.

Qeyd edək ki, “Tesla” kompaniyasının 2021-ci ildə əldə etdiyi xalis mənfəət rekord həddə - 5,5 milyard dollara çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO