Bakıda avtobusda qadının 2900 manatlıq telefonu belə oğurlandı – ANBAAN VİDEO 

Bakıda avtobusda qadının 2900 manatlıq telefonu belə oğurlandı – ANBAAN VİDEO 

Hazırda oxunan: Bakıda avtobusda qadının 2900 manatlıq telefonu belə oğurlandı – ANBAAN VİDEO 

60255

Bakıda avtobusda qadın sərnişinin 2900 manatlıq mobil telefonunu ələ keçirilib. 

Bu barədə Bizim.Media Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, fevralın 4-də paytaxtın Yasamal rayonu ərazisində sərnişin avtobusunda vətəndaşa qarşı soyğunçuluq edilib. 

Naməlum şəxslər avtobusda olan qadın sərnişinin əlindən dəyəri 2900 manat olan “İphone-12” markalı mobil telefonu soyğunçuluq yolu ilə alıb hadisə yerindən yayınıblar. 

Zərərçəkənin şikayəti əsasında Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Cəlil Hacağayev və Ələddin İsrafilov saxlanılaraq istintaqa təhvil veriliblər. 

Faktla bağlı 26-cı Polis Bölməsində toplanan materiallar Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. 

Cəlil Hacağayev və Ələddin İsrafilov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO