Goranboyda avtomobil piyadanı vuraraq öldürdü

Goranboyda avtomobil piyadanı vuraraq öldürdü

Hazırda oxunan: Goranboyda avtomobil piyadanı vuraraq öldürdü

601571

Goranboyda yol-nəqliyyat qəzası piyadanın ölümü ilə nəticələnib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Goranboy-Ağcakənd yolunda baş verib. 

Kəlbəcər rayon sakini, 1970-ci il təvəllüdlü İ.Huseynov hərəkətdə olarkən idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə yolu qarşı tərəfə keçmək istəyən Zeyvə kənd sakini 1990-cı il təvəllüdlü T.Quliyevi vurub. 

Piyada hadisə yerində aldığı müxtəlif dərəcəli xəsarətlərdən dünyasını dəyişib. 

Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertizanın Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin rayon şöbəsinə təhvil verilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO