Azərbaycanda qadınlar artıq nəqliyyat sahəsində də uğurla fəaliyyət göstərirlər. Bu gün ölkəmizdə qadın pilotlar, avtobus sürücüləri və metro maşinistləri var. Lakin Azərbaycan Dəmir Yollarında hələlik qadın maşinist fəaliyyət göstərmir.
Bugünkü qonağımız isə bu sahədə ilk olmaq istəyən Ramidə Nəbiyevadır. O, maşinist olmaq üçün keçirilən imtahanda ən yüksək nəticəni toplayıb. Hazırda isə maşinist köməkçisi kimi fəaliyyət göstərir və gələcəkdə Azərbaycan Dəmir Yollarının ilk qadın maşinisti olmağa namizədlərdən biridir.
Söhbətimiz zamanı Ramidə Nəbiyeva bu peşəni seçmək qərarını necə verdiyindən və bu yolda qarşılaşdığı çətinliklərdən danışıb.
Ətraflı videosüjetdə:
QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması - bəndinə uyğun olaraq hazırlanıb.
Nəzrin Mirzəyeva, Vüqar Ağayev, Bizim.Media

































































































