Oğuz qəzasında ölənlərin sayı 3-ə çatdı - Xəsarət alanlar var

Oğuz qəzasında ölənlərin sayı 3-ə çatdı - Xəsarət alanlar var

Hazırda oxunan: Oğuz qəzasında ölənlərin sayı 3-ə çatdı - Xəsarət alanlar var

59979

Oğuzda ağır yol qəzasında 3 nəfər ölüb, daha 3 nəfər ağır xəsarət alıb.

Bizim.Media xəbər verir ki, günorta saatlarında baş verən qəza zamanı ağır xəsarət alan yaralılardan biri, 2018-ci il təvəllüdlü Eldar Elmar oğlu Məmmədov müalicə aldığı Şəki Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, hadisə günorta saat 15 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 129-cu kilometrliyində, yolun Oğuz rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Oğuzda avtomobil körpüdən çaya aşdı – 2 ölü, 4 yaralı var


Belə ki, Şəki şəhər sakini Elmar Eldəniz oğlu Məmmədov idarə etdiyi “Reno Meqan" markalı, 99 NL 192 dövlət nömrə nişanlı minik avtomobil ilə Oğuz istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən nəqliyyat vasitəsini Daşağıl körpüsü yaxınlığında aşırıb.

Qəza zamanı sürücü və avtomobildə sərnişin qismində olan baldızı, 2003-cü il təvəllüdlü Xadicə Ağəli qızı İsmayılova aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüblər. 

Avtomobildə olan digər sərnişinlər - sürücünün həyat yoldaşı 1991-ci il təvəllüdlü Günel Ağəli qızı Məmmədova, övladları 2018-ci il təvəllüdlü Eldar Elmar oğlu Məmmədov və qardaşı 1999-cu il təvəllüdlü Elmin Eldəniz oğlu Məmmədov aldıqları müxtəlif dərəcəli xəsarətlərlə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Yaralılardan azyaşlı Eldar Məmmədov xəstəxanada dünyasını dəyişib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO