Qusar rayonunda bir ailənin 5 üzvü qəzaya düşdü

Qusar rayonunda bir ailənin 5 üzvü qəzaya düşdü

Hazırda oxunan: Qusar rayonunda bir ailənin 5 üzvü qəzaya düşdü

59968

Qusar rayonundakı "Şahdağ " turizm mərkəzinə gələn Bakı sakinləri qəzaya uğrayıb.

Bizim.Media xəbər verir ki, hadisə Qusar-Şahdağ yolunda qeydə alınıb.

Bakının Suraxanı rayon sakini, 47 yaşlı İlham Yusif oğlu Mirzəağayevin idarə etdiyi "MAZDA" markalı avtomaşının qəzaya uğraması nəticəsində özü, 19 yaşlı Yusif , 11 yaşlı qızı Gülay, həyat yoldaşı , 43 yaşlı Fərqanə Mirzəağayevlər və 7 yaşlı Eldar İbrahim oğlu İbrahimli müxtəlif xəsarətlərlə tibb müəssisəsinə gətiriliblər. 

Gülay Mirzəayeva cərrahiyyə, Fərqanə Mirzəağayeva isə reanimasiya şöbəsinə yerləşdirilib. 

Rayon mərkəzi xəstəxanasının mətbuat xidmətindən aldığımız məlumata görə, Fərqanə Mirzəağayevanın vəziyyəti ağırdır.

Digər 3 nəfərə  ilkin yardım göstərilir. 

Qəzaya düşənlərin bir ailənin üzvü olduqları deyilir. Qəzanın hansı şəraitdə baş verdiyi araşdırılır.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO