Ermənistan ordusu və polisi etirazçılara qoşulur? – Paşinyan istefasının mümkün 4 yolu

Ermənistan ordusu və polisi etirazçılara qoşulur? – Paşinyan istefasının mümkün 4 yolu

Hazırda oxunan: Ermənistan ordusu və polisi etirazçılara qoşulur? – Paşinyan istefasının mümkün 4 yolu

5987

Ermənistanın Baş naziri Paşinyana qarşı etirazlar səngimir. Ordu və polisin də müxalifətə qoşulmaq çağırışları fonunda Daşnaksütyun istefanın 4 yolundan danışıb.

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Ermənistanın sabiq Baş naziri Vazgen Manukyan mitinqdə çıxışı zamanı polis və ordunu da müxalifətə qoşulmağa çağırdı:

“Bu günə qədər baş verənlərdən utanırdım və özümdən soruşdurdum - necə olub ki, biz Paşinyanı hakimiyyətdən uzaqlaşdıra bilməmişik. Bu ölkənin bünövrəsini qoyanlardan biri olmuşam və bu biabırçı məğlubiyyətə görə xəcalət çəkirdim. Amma indi etirazçıların gözünə baxıb, qürur hissi keçirirəm, çünki siz gələcəyə baxan xalqsınız",- deyə Manukyan qeyd edib.

Etirazlar davam edən zamanda Daşnaksütyun Ali Orqanının nümayəndəsi İşxan Saqatelyan mitinqdə Nikolun istefasının 4 mümkün variantını sadalayıb:

“Birinci variant Paşinyanın öz istəyi ilə istefası, ikinci yol parlamentin növbədənkənar iclas çağırıb, Baş nazirin istefasını müzakirə etməsidir. Üçüncü yol Baş Prokurorluq Paşinyanı vətənə xəyanətdə günahlandırıb, cinayət işi aça bilər. Paşinyanın istefasının dördüncü variantı isə, nazirlərin əksəriyyətinin növbədənkənar iclas təşkil edib, müzakirə ilə mümkün ola bilər. Bunun üçün Nikolun Baş nazirliyinə etiraz edən nazirlər çoxluq təşkil etməlidir”.

Saqatelyanın sözlərinə görə, etirazlara paralel olaraq müxalifət bu 4 variantın hər birinin reallaşdırılması istiqamətində fasiləsiz iş görəcək.  

Anar Rəhimov, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO