11 il susan oğul anasını öldürdüyünü özü polisə xəbər veribmiş - GECİKMİŞ ETİRAF

11 il susan oğul anasını öldürdüyünü özü polisə xəbər veribmiş - GECİKMİŞ ETİRAF

Hazırda oxunan: 11 il susan oğul anasını öldürdüyünü özü polisə xəbər veribmiş - GECİKMİŞ ETİRAF

59822

Bir neçə gün əvvəl Şabranda 2011-ci ildə baş vermiş qətl hadisədinin üstünün açılması bsrədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı Elvin Dadaşovun 52 yaşlı anası Bəsti Əliyevanı boğaraq öldürdüyü, meyitini yaşadıqları evin həyətində basdırdığı açıqlanıb. Bu hadisə eşidən hər kəsi təəccübləndirib. Əlini anasının qanına batıran oğul 11 il nədən susub? Necə olub ki, sonra etiraf edib?

Bizim.Media olaraq  apardığımız araşdırma zamanı öyrəndik ki, Elvin Dadaşov rayon polis şöbəsinə könüllü gələrək təslim olub və törətdiyi cinayəti etiraf edib.

Anası Bəsti Əliyevanın həyat tərzini qəbul etməyən Elvinin onu məhz bu səbəbdən öldürdüyü ehtimal edilir.

Şabran rayon prokurorluğunda şübhəli şəxs qismində saxlanılan Elvin Dadaşov barəsində CM-nin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə başlanılan cinayət işi bütün suallara aydınlıq gətirəcək. 
Məlumat üçün deyək ki, 2011-ci ildə baş verən hadisə barədə ailədən heç kim hüquq-mühafizə orqanlarına  rəsmi müraciət etməyib. Yəni - Bəsti Əliyevanın itkin düşməsi barədə polis şöbəsinə heç bir  müraciət daxil olmayıb.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO