Bakıda restoran işçisini avtomobil vurub öldürdü - FOTO

Bakıda restoran işçisini avtomobil vurub öldürdü - FOTO

Hazırda oxunan: Bakıda restoran işçisini avtomobil vurub öldürdü - FOTO

59785

Bakının Səbail rayonunda yol qəzası zamanı bir nəfər ölüb.

Bizim.Media xəbər verir ki, hadisə Dövlət Bayrağı Meydanının qarşısında qeydə alınıb.

1976-cı il təvəllüdlü Aslanova Sevinc Tərlan qızı işlədiyi “Mangal Steake” restoranından çıxaraq yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən əks tərəfə keçmək istəyib.

Həmin vaxt onu “Chevrolet” markalı avtomobili idarə edən 1998-ci il təvəllüdlü Əliyev Murad Qorxmaz oğlu vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO