Vətəndaşlarımız problemlərini asanlıqla ASAN müraciət tətbiqinə yerləşdirəcək - YENİLİK

Vətəndaşlarımız problemlərini asanlıqla ASAN müraciət tətbiqinə yerləşdirəcək - YENİLİK

Hazırda oxunan: Vətəndaşlarımız problemlərini asanlıqla ASAN müraciət tətbiqinə yerləşdirəcək - YENİLİK

59566

“Artıq hər bir vətəndaş istənilən yerdə qarşılaşdığı problemi telefon vasitəsilə çəkib ASAN müraciət platforması üzərindən aidiyyatı qurumlara çatdıra biləcək. Bu platforma pilot layihə olaraq Sumqayıt şəhərində uğurla həyata keçirilir. Yaxın vaxtlarda Bakı şəhərində və Abşeronda da bu tətbiqin icrasına başlanılacaq”. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, bu açıqlamanı Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev verib. 
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağda ilk “ASAN xidmət” Şuşada açılacaq - RƏSMİ


Onun sözlərinə görə, bu tətbiqin vasitəsilə vətəndaş nəinki problemini aidiyyatı quruma çatdıracaq, hətta həmin problemin həlli istiqamətində aparılan işləri izləyə və nəzarət edə biləcək:

“Tutaq ki, sizin yaşadığınız ərazidə hansısa açıq quyu və ya qırılıb küçəyə düşmüş ağac var. Siz mobil telefonunuz vasitəsilə onun şəklini çəkirsiniz və ASAN müraciət tətbiqinə yerləşdirirsiniz. Həmin tətbiq vasitəsilə dərhal həmin problemin həllinə cavabdeh qurumla əlaqə saxlanılır, ünvan və yeri dəqiq olmaqla problem aidiyyatı qurumun diqqətinə çatdırılır. Siz tətbiq vasitəsilə həmin problemin nə vaxt və hansı qurum tərəfindən həll olunacağını həm görə və izləyə bilirsiniz” deyə Ülvi Mehdiyev əlavə edib. 

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO