“İki ölkənin kütləvi informasiya vasitələri arasında əlaqələrin qurulması və inkişafına maraqlıyıq”.
Bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi iki ölkənin diplomatik əlaqələrinin 30-cu ildönümü ilə bağlı keçirilən mətbuat konfransında Bizim.Media-nın sualını cavablandırarkən deyib.
Diplomatın sözlərinə görə hazırda Azərbaycanda İranın media orqanlarının rəsmi nümayəndəliyi fəaliyyət göstərir:
MÖVZU İLƏ BAĞLI:
"Azərbaycanla İran əlaqələrinin göstəriciləri sonsuzdur" - SƏFİR
“O cümlədən Azərbaycanın da media orqanlarının Tehranda rəsmi nümayəndəliyi var. Xüsusilə İranın və Azərbaycanın Xarici İşlər Nazirliyinin sözçüləri arasında bu məsələnin müzakirəsi baş tutub. Qarşılıqlı media məsələrinin bölüşməsi, strateji media ortaqlığının yaradılması və səfərlərin həyata keçirilməsi kimi prioritetləri nəzərə alaraq iki ölkə mediası arasında vahid platforma yaradıla bilər”.
Alçina Amilqızı, Bizim.Media