Azərbaycanda daha bir “ASAN xidmət” mərkəzi fəaliyyətə başladı - FOTO

Azərbaycanda daha bir “ASAN xidmət” mərkəzi fəaliyyətə başladı - FOTO

Hazırda oxunan: Azərbaycanda daha bir “ASAN xidmət” mərkəzi fəaliyyətə başladı - FOTO

0:00
0:00
59489

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi  2 saylı Gəncə regional  “ASAN xidmət” mərkəzi ilk dəfə əhaliyə xidmət etmək üçün qapılarını vətəndaşların üzünə açıb. Bu məqsədlə agentlik regionda fəaliyyət göstərən KİV nümayəndələri üçün media tur təşkil edib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, ölkədə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin bölgə müxbirləri 2 saylı Gəncə regional  “ASAN xidmət” mərkəzində yaradılan şəraitlə yaxından tanış olub, vətəndaşlara göstərilə xidmətləri yerində izləmək imkanına malik olublar. Media tur çərçivəsində bildirilib ki, Mərkəzdə vətəndaşlara müxtəlif dövlət qurumları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 320-dən çox xidmət göstərilir. Mərkəzdə əməkdaşların sayı 208, könüllülərin sayı 85 nəfər nəzərdə tutulur. 

"ASAN xidmət" Mərkəzinin işçilərinin sayı 40 nəfərdir ki, onlar da əsasən şəhid ailəsi üzvləri, qazilər və ASAN könüllülərindən təşkil olunub.

Mərkəzdə üzərində xüsusi QR kodlar əks olunan məlumat tabloları yerləşdirilib. Mərkəzinin divarlarına, eyni zamanda masa üzərlərinə yerləşdirilmiş tablolardakı QR kodları oxudaraq asan.gov.az saytına keçid etməklə  "ASAN xidmət" və  "ASAN Kommunal" mərkəzlərinin, yashat.gov.az portalına keçid vasitəsilə isə "YAŞAT" Fondunun fəaliyyəti barədə asanlıqla məlumat əldə etmək mümkündür. 
 

MÖVZU İLƏ BAĞLI:

“İnsanlar saatlarla növbədə dayanırsa, bu, artıq “ASAN xidmət” olmadı” - Prezident 


Gəncə şəhəri Nizami prospekti 784 ünvanında fəaliyyətə başlayan, əsasən Gəncə şəhəri, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Goranboy, Samux, Naftalan, Kəlbəcər və Xocalı rayonlarında qeydiyyatda olan ümumilikdə 1 milyona yaxın vətəndaşın əhatəsində olan Mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcəkdir. 

Mərkəzin fəaliyyətindən ilk istifadə edənlərdən biri də Şəmkir rayon sakini Qasımov Elşən İlyas oğludur.

O sürücülük vəsiqəsinin dəyişdirilməsi və məhkumluq haqqında arayış almaq üçün müraciət edib:

“Mən Şəmkirdən gəlmişəm. Bu “ASAN xidmət” çox əlverişli və rahat bir xidmətdir. Bizi çox gülərüz, səmimi personal qarşıladı, tez bir zamanda mənim sənədlərimin hazırlanmağında yardımçı oldular. Çox istərdim ki, belə xidmət bütün şəhər və rayonlarda olsun. Mən çox razı qaldım” deyə E.Qasımov əlavə edib. 

Gəncə sakini Məmmədov Alim şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi ilə bağlı müraciət edib.

O da yaradılan şəraitdən və operativlikdən, isti münasibətdən razılıq edir. Onun sözlərinə görə, bu xidmət növü açılandan süründürməçilik, rüşvətxorluq aradan qalxıb. 

2 saylı Gəncə regional  “ASAN xidmət” mərkəzin açılışı bu il yanvarın 31-də ölkə Başçısı tərəfindən Gəncəyə rəsmi səfəri çərçivəsində edilib. Buna qədər Gəncədə 1 saylı Gəncə regional  “ASAN xidmət” mərkəzi fəaliyyət göstərirdi. 

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO