Almaniyada yaşayan insan haqları müdafiəçisi Emin Milli “Yaşat” fondu ilə bağlı maraqlı təkliflərlə çıxış edib. O, hər ay gəlirlərinin 10 faizini bu fonda köçürəcəyini bildirib.
Bizim.Media xəbər verir ki, o, bu barədə “Facebook” səhifəsində maraqlı post yayımlayıb.
E.Milli “Yaşat” fondunun yaradılmasının xalqın milli birliyini nümayiş etdirmək üçün çox gözəl iş olduğunu qeyd edib. O, hər bir Azərbaycan vətəndaşını şəhid ailələrinə dəstək göstərməyə çağırıb. Bundan başqa E.Milli hər ay gəlirinin müəyyən hissəsini fonda ianə edəcəyini bildirib.
“Həlak olmuş əsgərlərin və zabitlərin ailələrinə dəstək vermək, onların uşağlarının ən yaxşı savad alması üçün əlimizdən gələni etmək hər bir Azərbaycan vətəndaşının borcudur. Mən şəxsən "Yaşat" fonduna və başqa daha kiçik, amma çox vacib təşəbbüslərə hər zaman aylıq gəlirimin 10%-ni xərcləyəcəm”.
Sonda insan haqları müdafiəçisi “Yaşat” fondunun rəhbərliyinə və bütün ictimaiyyətə bəzi təkliflərini də çatdırıb.
1. Mütləq bu müharibə zamanı müxtəlif kiçik və böyük qruplarda orduya yardım toplayıb göndərənlərin qrup liderləri ilə əlaqə saxlayın, onlara təşəkkürünüzü bildirin, onları dinləyin və onları bu işlərə cəlb edin. Lazımdırsa Sizə siyahını verək. Onlara dəyər verin, təcrübələrindən və şəbəkələrindən istifadə edin.
2. Bu iş çox şəffaf qurulmalıdır. Siz ən son texnologiyalardan istifadə edib, elə bir app düzəldə bilərsiz ki, istənilən ianəni ödəyən şəxs seçə bilər ki, o öz pulunu nəyə xərcləyir və o pul konktret hansı insanlara gedib və onların hansı ehtiyacları ödənilib.
Belə olan halda insanlar həvəslənib daha çox ianələr göndərəcək, çünki görəcəklər ki, konkret pulları hara gedir. Gaming və hesabatlılıq elementini bura qatın. Dünyada artıq belə sistemlər var. Baxın, götürün və tətbiq edin.
3. İanələr. İlk gündən saytda da, "application"da da, feysbukda da hər kəsə izah edin və xahiş edin ki, aylıq ödəmələr etsinlər. Bunu bir dəfə aylıq quraşdırırsan, sonra bu haqda düşünmürsən, unudursan, amma ianə hər ay gəlir!
Bu çox vacibdir, çünki sonra insanlar hər dəfə pulu verməyi unudacaqlar amma əvvəldən hər kəsdən bu aylıq ödəmənin avtomatikləşməsi xahiş olunsa, bu izah edilsə, onda bu çox böyük fərq edəcək.
4. Şəxslərlə bağlı heçnə demək istəmirəm. Hamının haqqıdır və borcudur bu fonda dəstək vermək, amma bir adamın adını xüsusi ilə qeyd edəcəm. Mən təklif edərdim ki, "Yaşat" fondu Taleh Yüzbəyovu bağlı görüşə dəvət etsin və onun fikirlərini öyrənsin. Mən onu şəxsən tanımıram, amma gördüyüm odur ki, marketinq, brendinq və PR məsələlərini onunla məsləhətləşsəz və birlikdə işləsəz uduzmazsınız, biz də uduzmarıq, Azərbaycan da uduzmaz.
Bu ağır, vacib və şərəfli işinizdə Sizə və hamımıza uğurlar arzulayıram!”,- deyə o qeyd edib.
Qeyd edək ki, “YAŞAT” Fondu Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək olaraq yaradılıb.
Vüsalə Balayeva, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:30 / 22.12.2020
Emin Milli hər ay “Yaşat” Fonduna pul köçürəcək
Hazırda oxunan: Emin Milli hər ay “Yaşat” Fonduna pul köçürəcək
Hazırda oxunan: Emin Milli hər ay “Yaşat” Fonduna pul köçürəcək
5943
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.