Şabrandakı dəhşətli qəzanın DETALLARI – 2 ölü, 4 yaralı var

Şabrandakı dəhşətli qəzanın DETALLARI – 2 ölü, 4 yaralı var

Hazırda oxunan: Şabrandakı dəhşətli qəzanın DETALLARI – 2 ölü, 4 yaralı var

59415

Xəbər verdiyimiz ki, bu gün gündüz saatlarında Şabran rayonunun Ağalıq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, Gəndab-Yalama yolunun 6-cı kilometrliyindəki qəzaya Rusiya vətəndaşının idarə etdiyi yük avtomobili səbəb olub.

Dağıstan Respublikasının Kayakent rayon sakini, 22 yaşlı Abduljalil Azizov idarə etdiyi  "Volvo" markalı yük avtomobili ilə Rusiya sərhədi istiqamətinə gedərkən qarşı tərəfdən gələn Şabran rayonunun Gəndab kənd sakini, 62 yaşlı Zəbişah Əfəndiyevin idarə etdiyi "VAZ 2106", Xaçmaz rayonunun Molla Bürhan kənd sakini, 37 yaşlı Cəbrayıl Paşayevin idarə etdiyi "Opel”, Xaçmaz şəhər sakini, 35 yaşlı Tural Nuriyevin idarə  etdiyi "VAZ 21440" markalı avtomobillərlə toqquşub və sonra aşıb.
 

MÖVZU İLƏ BAĞLI:

Şabran qəzasında ölənlərin sayı 2-yə çatdı – Hadisə yerindən FOTOLAR


Nəticədə "VAZ 2106"-da olan sərnişin - 8 yaşlı Şabran sakini Həqiqət Quliyeva və "VAZ 21440"-da olan sərnişin, 62 yaşlı Əli Babayev vəfat ediblər.

Qəzada yaralanan 4 nəfər isə müxtəlif xəsarətlərlə Xaçmaz və Şabran mərkəzi xəstəxanalarına yerləşdiriliblər.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO