“Facebook”da yalan məlumat yayan şəxs saxlanıldı – Salfetdə “patı” satanlar kimdir?

“Facebook”da yalan məlumat yayan şəxs saxlanıldı – Salfetdə “patı” satanlar kimdir?

Hazırda oxunan: “Facebook”da yalan məlumat yayan şəxs saxlanıldı – Salfetdə “patı” satanlar kimdir?

59383

Sosial şəbəkələrdə (“Facebook”, “Instagram”) uşaqların satdığı salfetin içinə narkotik olması ilə bağlı yayılan məlumatlar araşdırılıb.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, polis tərəfindən keçirilən müvafiq tədbirlərlə həmin məlumatı yayan şəxsin Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Abumislimov Kamran olması müəyyən olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Narkoşəbəkə üzvlərindən 76 kiloqram narkotik götürülüb - FOTO 


​​​​​​​O etiraf edib ki, yalan məlumatı qəsdən yayıb, məqsədi ölkə xaricində yaşayan valideynlərinin diqqətini üzərinə yönəltmək olub. 

Onun iddia etdiyi halların bütün təfərrüatları yoxlanılıb. Salfetin içində narkotik olması ilə bağlı iddiaların tamamilə yalan olması məlum olub.  

İddialarla bağlı araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO