KTMT-nin baş katibi Ermənistan və Azərbaycan arasındakı sülhdən danışdı: “Nikbinlik var”

KTMT-nin baş katibi Ermənistan və Azərbaycan arasındakı sülhdən danışdı: “Nikbinlik var”

Hazırda oxunan: KTMT-nin baş katibi Ermənistan və Azərbaycan arasındakı sülhdən danışdı: “Nikbinlik var”

59333

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi, belaruslu general-leytenant Stanislav Zas Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması perspektivlərindən danışıb.

Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, “Valday” Beynəlxalq Diskussiya Klubu çərçivəsində “Yeni dövrdə kollektiv təhlükəsizlik:

KTMT-nin təcrübəsi və perspektivləri” adlı konfransda çıxış edən Zas vurğulayıb ki, bu barədə bəzi ehtiyatlı nikbinlik var. 

O, qeyd edib ki, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı imzalandıqdan və Rusiya sülhməramlılarının Qarabağa daxil olmasından sonra vəziyyət sabitləşib, qan tökülməsi dayandırılıb.

Baş katibin sözlərinə görə, indi tərəflər qarşısında sərhədin delimitasiyası və demarkasiyası kimi ciddi vəzifə durur:

“Böyük və mürəkkəb işdir, lakin buna baxmayaraq, bu, regionun təhlükəsizliyini əhəmiyyətli dərəcədə gücləndirəcək”.

“Müharibə dövrünün başa çatdığı və başqa bir dövrün başladığı ilə bağlı ehtiyatlı bir optimizm var. Ola bilsin ki, bu cür nikbinlik baxımından yanılıram, amma hər halda sülhün bərqərar olması üçün indi atılan addımlar alqışlanmalıdır”, - deyə o vurğulayıb.
Xatırladaq ki, Zas 1985-ci ildə Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbini fərqlənmə diplomu ilə bitirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO